Şengen vizası yalnız onlara verilir
Avropa İttifaqı ölkələrinin konsulluqları Rusiyaya çoxdəfəlik Şengen vizalarının (multiviza) verilməsini, demək olar ki, dayandırıb.
Mozalan.az xəbər verir ki, Rusiya Turizm Sənayesi Birliyinin (RST) mütəxəssisi Mixail Abasovun açıqlamasına görə, ən diqqətçəkən dəyişiklik bu növ vizaların sayının ciddi şəkildə azalmasıdır.
Uzunmüddətli Şengen vizası almaq üçün indi yalnız üç kateqoriya üzrə müraciət edənlər şanslıdır: Avropa İttifaqı vətəndaşlarının və ya qanuni sakinlərinin yaxın ailə üzvləri, beynəlxalq nəqliyyat sahəsində çalışan mütəxəssislər və fərdi şəkildə konsulluqlar tərəfindən nəzərdən keçirilən xüsusi hallar.
Bununla yanaşı, bəzi Avropa ölkələri ruslara hələ də nisbətən yumşaq yanaşma sərgiləyirlər. Fransanın, İtaliyanın və İspaniyanın bu sahədə lider olduğu bildirilir. Bu üç ölkədə multivizaların 60-65%-i ruslara verilir.
Xatırladaq ki, Avropa Komissiyasının noyabr ayında verdiyi qərar Rusiyaya yeni multivizaların verilməsini kəskin şəkildə məhdudlaşdırıb. İndi bu növ viza nadir hallarda verilir. Bu, Avropa ilə Rusiyanın vizasız gediş-gəliş şərtlərinin ciddi şəkildə sərtləşdiyini göstərir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Avropanın qərarını ironik şəkildə şərh edib: “Avropaya ödəniş qabiliyyəti olan turistlər lazım deyil, onlar ukraynalı miqrantları və hərbi xidmətə getməyən rusları üstün tuturlar”.
Zaxarova Avropanın yeni miqrasiya siyasətinin bir hissəsi olaraq bu yanaşmanı tənqid edib.
Ekspertlər hesab edirlər ki, yeni sərt tələblər əlaqələrin gələcək inkişafına təsir göstərə bilər.(musavat.com)



















































