Xaçmazda motosiklet Şabran sakinini vuraraq öldürüb
Xaçmaz rayonunun Çənlibel parkında motosiklet piyadanı vuraraq öldürüb.
“Report”un şimal bürosunun məlumatına görə, Şabran rayon sakini, 1962-ci il təvəllüdlü Quliyev Tofiq Məmmədqulu oğlu yolu keçərkən motosiklet onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.