Bakıda kişinin meyiti dostunun evində tapıldı
Bakıda evdən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.
Rayonun Əzizbəyov küçəsində yerləşən evlərdən birində naməlum kişi meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 50 yaşlı Arif İskəndərov olması təsdiq edilib.
O da məlum olub ki, Arif İskəndərov həmin evə qonaq gəlibmiş. Evin sahibi Telman Musayev dünyasını dəyişən Arif İskəndərovun dostu olub.
Faktla bağlı araşdırma aparılır.