May 19

Ərdoğan: “Suriyanın şimalından qoşunlarımızı çıxarmaq niyyətimiz yoxdur”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyanın şimalından ordusunu çıxarmaq fikrində olmadığını bildirib.

“Xeyr, bu nəzərdə tutulmayıb, çünki terror təhlükəsi hələ də mövcuddur”, - deyə Türkiyə lideri cümə günü CNN-ə müsahibəsində bəyan edib.

Dövlət başçısı Suriyanın şimalında terrorla mübarizə aparılacağı təqdirdə Suriya lideri Bəşər Əsədlə barışıq üçün heç bir maneə görmədiyini də qeyd edib.

Bənzər xəbərlər

Gündəm

0.061553955078125