May 19

Güney azərbaycanlı siyasi məhbus Amerika Yazıçılar Assosiasiyasının mükafatına layiq görüldü

Zəngan (Zəncan) şəhərindən olan yazıçı və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Amerika Yazıçılar Assosiasiyasının mükafatına layiq görülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, siyasi məhbus “Yazı Azadlığı Mükafatı”na layiq görülüb. Mükafat Nyu-York şəhərində keçirilən toplantıda onun həyat yoldaşı Təqi Rəhmaniyə təqdim edilib.

Tədbirdə Nərgiz Məhəmmədinin mesajı da çatdırılıb. Hazırda İranda həbsxanada təkadamlıq kamerada saxlanılan güney azərbaycanlı hüquq müdafiəçisi misoqinist (qadınlara nifrət edən mənasında - red.), repressiv və teokratik rejimi devirməyə çağırış edib.

Qeyd edək ki, Nərgiz Məhəmmədi bundan əvvəl BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb.

 

Bənzər xəbərlər

Gündəm

0.69545316696167