Paşinyanın oğlunu qaçırmağa cəhddə günahlandırılan şəxsin məhkəməsi etirazlarla müşayiət olunur - VİDEO
İrəvanın Şenqavit məhkəməsinin önündə etiraz aksiyası keçirən vətəndaşlarla polislər arasında toqquşma gedir.
Ermənistan KİV-də yayılan xəbərlərdə bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ölən hərbçilərdən birinin qohumunu saxlayıblar.
Müqavimət göstərən kişi yıxılıb. Polis ətrafdakılara həmin şəxsin bıçaqla silahlandığını deyib.
Ölən əsgərlərin valideynləri hadisə yerinə gələn polis maşınının yolunu bağlamağa çalışsalar da, avtomobil onların yanından keçib.
Qeyd edək ki, 2020-ci il müharibəsində ölən əsgərlərin yaxınları məhkəmə binasının yaxınlığında toplaşıblar.
Məhkəmədə ölən hərbçi Jora Martirosyanın anası Qayane Akopyanın vəkillərinin şikayətinə baxılır. O, mayın 17-də Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Qadın günahını etiraf etmir və buna etiraz olaraq aclıq aksiyasına başlayıb.