Tehranda toplandıqları kafenin yerlə bir edilməsinə gənclərdən cavab - VİDEO
İranda molla rejimi hər yolla vətəndaşların haqlarını boğmağa çalışsa da, insanlar müxtəlif yollarla müqavimət göstərməyə davam edirlər.
Belə ki, Tehran Bələdiyyəsi gənclərin toplanmasının qarşısını almaq üçün Ekbatan yaşayış məntəqəsində böyük bir kafeni yerlə bir edib. Buna cavab olaraq insanlar kafe sahibinə maddi dəstəklərini təklif ediblər. Bir qrup cavan isə kiçik konsert təşkil edərək ictimaiyyətin diqqətini bu hadisəyə cəlb etməyə çalışıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı kadrlar təqdim edib.