May 17

Heydər Əliyevin 100 illiyi münasibətilə İstanbulda qardaşlıq matçı keçirildi - FOTO

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA), “Qalatasaray” İdman Klubunun və Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı, Azfar Group-un baş sponsorluğu və Beynəlxalq Futvole Federasiyasının dəstəyi ilə “Galatasaray”ın UEFA kubokunu qazandığı gündən düz 23 il sonra, bu gün İstanbulda - Florya Metin Oktay təsislərində türk dünyasının lideri Heydər Əliyevin 100 illiyi şərəfinə qardaşlıq görüşü keçirilib. 

Estafet.az və Sports.az-ın informasiya dəstəyi verdiyi matçda “Qalatasaray”ın əfsanələri ilə Azərbaycan idman jurnalistlərinin milli komandası üz-üzə gəlib. 

AİJA-nın vitse-prezidenti, Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilovun köməkçisi və Sports.az saytının baş redaktoru Anar Şabanoğlunun ideyası ilə keçirilən qardaşlıq matçı Dursun Özbək və Nərmin Mustafayevanın rəmzi vuruşları ilə başlayıb. 

Qardaşlıq görüşü 3:3 hesabı ilə bitib. 

Komandamızın qollarına iki dəfə fərqlənən Gündüz Abbaszadə və Emin Abbasov imza atıblar. “Qalatasaray” əfsanələrinin heyətində İlyas Kahmaran 2, Evren Turan 1 ola imza atıb.

Komandalar meydana Ulu Öndərin “Bir millət, iki dövlət” sözləri yazılmış bannerlə çıxıb. 

AİJA prezidenti Eldar İsmayılov, AMF prrzidenti Taleh Nəsibov, tanınmış idman jurnalisti Elçin Cəfərov və Anar Şabanoğlu “Qalatasaray” prezidenti Dursun Özbək, klubun idarə heyətinin üzvü Emin İmanov və komandanın baş məşqçisi Okan Buruka xatirə hədiyyələrini təqdim ediblər.

Dursun Özbək, Eldar İsmayılov və Azərbaycanın Türkiyədəki konsulu Nərminə Mustafayeva türk dünyasının lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində xidmətlərindən danışıblar, bu münasibətlərin əbədi və sarsılmaz olduğunu vurğulayıblar.

Oyundan sonra “Qalatasaray” İdman Klubu tərəfindən ziyafət təşkil edilib.

Bənzər xəbərlər

Gündəm

0.029224872589111