Bakıda 31 yaşlı kişi özünə 3 bıçaq zərbəsi vurub
Bakının Sabunçu rayonunda 31 yaşlı kişi özünə bıçaqla xəsarətlər yetirib.
“Report”un məlumatına görə, Maştağa qəsəbəsində 1992-ci il təvəllüdlü Səid Şamil oğlu Ağayev özünə bıçaqla xəsarət yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının və hər iki qolun kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.