May 17

Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə metronun Nəsimi stansiyasının ətrafında baş verib.

1993-cü il təvəllüdlü Qasımov Xalid Şahin oğlu dava zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.

Bənzər xəbərlər

Gündəm

0.02855110168457