May 17

ABŞ rusiyalı haker barədə məlumata görə 10 milyon dollar verəcək

ABŞ Dövlət Departamenti kiber qəsbdə şübhəli bilinən rusiyalı Mixail Matveyev ilə bağlı məlumat üçün 10 milyon dollara qədər mükafat elan edib.

Müvafiq bəyanat ABŞ Departamentinin saytında dərc olunub.

Dövlət Departamenti iddia edir ki, Matveyev ABŞ-ın hüquq-mühafizə orqanlarına, müəssisələrinə və bütün dünyada kritik infrastruktur obyektlərinə qarşı yönəlmiş virus proqramları ilə bağlı insidentlərdə iştirak edir.

Birləşmiş Ştatların Maliyyə Nazirliyi də rusiyalıya qarşı sanksiyalar tətbiq edib.

Dövlət Departamenti həmçinin bildirib ki, Rusiya kibercinayətkarlar üçün təhlükəsiz sığınacaq və hakerlərin rahat şəkildə kiber əməliyyatlar keçirə biləcəyi bir mühitə çevrilib.

Qeyd edək ki, Matveyev haqqında onun 1992-ci ildə anadan olduğu, Kalininqradda qeydiyyatda olduğu və “BORISELCIN” və “WAZAWAKA” adları ilə fəaliyyət göstərdiyi məlumdur.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.029422998428345