Rusiyalı deputat iclas zamanı şahmat oynadı - VİDEO
Rusiyalı deputat Dövlət Dumasının plenar iclasında şahmat oynayarkən görüntülənib.
Kommunist Partiyasından olan millət vəkili Georgi Kamnev bildirib ki, belə bir oyun ona diqqətini gündəliyin növbəti məsələsinə cəmləməyə kömək edir. Deputatın sözlərinə görə, həmin anda qaun layihəsi üzrə səsvermə artıq başa çatıb və növbəti qanunun baxılmasına hazırlıq görülərkən o, oyunda sözün əsl mənasında iki gediş edib.
Kamnev iddia olunduğu kimi, telefonundakı şahmat proqramının ABŞ mənşəli olmadığını da diqqətə çatdırıb.
“Hamısı yalandır. Bu, hamının yükləyə və quraşdıra biləcəyi sadə proqramdır. Orada VPN-ə ehtiyac yoxdur”, - deyə deputat bildirib.
Mənbə: gazeta.ru