May 16

Naxçıvanda yaşayış evində yanğın baş verib

Naxçıvanda yaşayış evində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində ümumi sahəsi 144 kvadratmetr olan birmərtəbəli fərdi evin yanar konstruksiyaları 36 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bənzər xəbərlər

Gündəm

0.10304403305054