May 14

Mövlud Çavuşoğlu və Süleyman Soylu seçkilərdə səs veriblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylu prezident və parlament seçkilərində səs veriblər.

M. Çavuşoğlu Antalya, S. Soylu isə İstanbuldakı seçki məntəqəsində səs veriblər.

Onlar seçkilərin nəticəsinin xeyirli olacağına inamını ifadə edib və xalqın iradəsinə güvəndiklərini söyləyiblər.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Mənbə: TRT

Bənzər xəbərlər

Gündəm

0.050708055496216