Brüssel raundu ərəfəsində: Danışıqları pozmağa kim cəhd edir? – VİDEO
Cari may Cənubi Qafqaz bölgəsinə aid hadisələrlə zəngin bir ay kimi tarixə düşə bilər.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.
Qeyd olunur ki, Azərbaycan və Ermənistan XİN başçılarının rekord müddətdə davam edən Vaşinqton danışıqları mayın 19-da Moskvada davam etdiriləcək. Lakin onların nə dərəcədə birbaşa və ikitərəfli olacağı hələ ki, məlum deyil. Bununla yanaşı, yaxın günlərdə tərəflərin dövlət və hökumət başçıları səviyyəsində Brüsseldə görüşü də nəzərdə tutulub.
“Rəsmi Bakı dəfələrlə qeyd edib ki, danışıqların məkanı və sülh sazişinin harada imzalanması bizim üçün ciddi önəm daşımır. Bizim üçün daha vacib olan sazişin mahiyyəti və mətnidir”, - deyə videomaterialda vurğulanır.
Daha ətraflı “Caliber”in yeni süjetində: