May 12

Beyləqanda yük avtomobili dərəyə aşdı - FOTO

Beyləqanda yük avtomobili dərəyə aşıb.

“Report” xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Gödəklər kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı yük avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə yuvarlanıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.099777936935425