May 11

Dünyada meymunçiçəyindən ölənlərin sayı məlum oldu

2022-ci ilin əvvəlindən dünyada meymunçiçəyinə yoluxanların sayı 87 mini keçib, 140 nəfər dünyasını dəyişib.

Bu barədə çərşənbə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

“Ümumilikdə, 111 ölkədən ÜST-ə 87 mindən çox yoluxma və 140 ölüm halı barədə məlumat verilib. Son üç ayda əvvəlki üç ayla müqayisədə demək olar ki, 90% daha az yoluxma halı qeydə alınıb”, - baş direktor bildirib.

Bununla belə, bütün dünyada insidentlərin azalması tendensiyası olmasına baxmayaraq, “virus bəzi bölgələrdə və ölkələrdə, xüsusən Qərbi Sakit okean regionunda yayılmağa davam edir.

ÜST-nin fövqəladə hallar komitəsinin üzvləri hazırkı iclaslarında meymunçiçəyinin cari yayılmasının fövqəladə hal olub-olmamasına qərar verəcəklər. Mütəxəssislərin tövsiyələrinə əsasən, ÜST rəhbəri 2022-ci ilin iyulundan qüvvədə olan qlobal səhiyyə fövqəladə vəziyyətini ya ləğv edə, ya da daha üç ay uzada bilər.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.028228998184204