Fransanın baş naziri cinsi oriyentasiyasını gizli saxlamağı tələb edir
Fransanın baş naziri Elizabet Born onun barəsində bu yaxınlarda dərc edilmiş bioqrafik əsərdən mətnin bir çox hissələrinin çıxarılmasını tələb edib.
Onun fikrincə, həmin hissələrdə həddən artıq şəxsi məlumatlar var.
Jurnalist Berencer Bontun “The Secret” adlı kitabı mayın 4-də satışa çıxarılıb. Born məhkəməyə müraciət edərək kitabı dərc edən nəşriyyatdan “şəxsi həyatın sirri” olan məlumatların əsərdən çıxarılmasını istəyib.
Məsələn, baş nazir sağlamlığı və cinsi oriyentasiyası, eləcə də ailə həyatı ilə bağlı ifadələri sildirmək arzusuundadır. O qeyd edir ki, bu, ictimaiyyət üçün tələb olunan məlumatların bir hissəsi deyil.
Bundan əlavə, Born bir avro məbləğində mənəvi təzminat, həmçinin inzibati məhkəmə xərcləri üçün 5 min avro tələb edir.
Qeyd edək ki, “The Secret” 2022-ci il mayın 16-dan etibarən Fransanın baş naziri vəzifəsini icra edən Born haqqında ilk bioqrafik kitabdır.
Mənbə: lenta.ru