May 10

İranda bu gün yeddi məhkum dar ağacından asılıb - FOTO

Mayın 10-da səhər saatlarında Kərəc şəhərinin iki həbsxanasında yeddi məhkum edam edilib.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran İnsan Haqları Təşkilatı xəbər yayıb.

Bildirilir ki, məhkumlardan dördü Rəcaişəhr, üçü isə Qızılhisar həbsxanalarında edam olunub. Onların narkotik maddələrin alveri və adam öldürməkdə ittiham olunduqları bildirilir.

Təşkilatın verdiyi məlumata görə, son 11 gün ərzində İranda 57 məhkum edam edilib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı İranda cari ilin son beş ayında 209 nəfərin edam edildiyini açıqlayıb.

 

Bənzər xəbərlər

Gündəm

0.022600889205933