Hindistanda turist qayığının qəzaya uğraması nəticəsində 18 nəfər ölüb - VİDEO
Hindistanın Tanur şəhərində (Kerala ştatı) turist qayığının qəzaya uğraması nəticəsində aralarında uşaqların da olduğu azı 18 nəfər ölüb.
Yerli hakimiyyət orqanları ikimərtəbəli gəminin göyərtəsində 35-40 sərnişinin olduğunu bildirib. Hadisə şahidlərinin sözlərinə görə, qayıqda sıxlıq olub, sərnişinlərin əksəriyyətində xilasedici jiletlər olmayıb.
Xilasetmə əməliyyatı qaranlığın başlaması ilə çətinləşib. O da qeyd olunub ki, gəmi qaydaları pozaraq, gündüz saatları bitdikdən sonra sərnişin daşımağa davam edib.
Hindistanın Baş naziri Narendra Modi tviterdə həlak olanların ailələrinə başsağlığı verib.
Mənbə: TASS