May 07

Lüdovit Odor Slovakiyanın yeni baş naziri olacaq – YENİLƏNİB

Lüdovit Odor Slovakiyanın yeni baş naziri təyin ediləcək.

Bu barədə bazar günü fövqəladə brifinqdə respublika prezidenti Zuzana Çaputova bildirib.

“Slovakiya Milli Bankının sədr müavini Lüdovit Odor yeni baş nazir təyin olunacaq”, - o deyib.

Qeyd edək ki, bundan əvvəl baş nazir vəzifəsini icra edən Eduard Heqer istefa vermək niyyətində olduğunu açıqlamışdı. Qanuna uyğun olaraq, bütün kabineti onunla birlikdə istefa verir.

Mənbə: TASS

16:23

Slovakiyanın Baş naziri Eduard Heger ölkə Prezidenti Zuzana Çaputovadan onu hökumət başçısı vəzifəsindən azad etməklə bağlı müraciət ünvanlayıb.

Müvəqqəti hökumətə rəhbərlik edən Heger nazirlərin istefası ilə bağlı belə bir qərar qəbul edib.

Bundan əvvəl onun kabinetinin bir neçə naziri, o cümlədən Xarici İşlər Nazirliyinin rəhbəri də müvafiq müraciət göndərib.

E.Hegerin bazar günü Çaputova ilə görüşəcəyi gözlənilir. Artıq ölkə Prezidentinin yeni Baş nazir təyin etmək hüququ mövcuddur.

Bənzər xəbərlər

Gündəm

0.029811143875122