Haber Global Kılıcdaroğlunun “projesi” barədə: “Bu, artıq mövcud olan bir layihədir” – VİDEO
Türkiyənin Haber Global kanalının baş redaktoru Taha Dağlı ölkə prezidentliyinə namizəd Kamal Kılıcdaroğlunun “Türk Yolu” adlandırdığı layihəsini şərh edib.
O, bəyan edib ki, bu layihə artıq işləkdir. Belə ki, Türkiyə ilə Çin arasında dəmir yolu ilə çox sayda səfərlər həyata keçirilib.
“Layihənin adı çox gözəldir. Amma bu artıq var olan bir layihədir. Belə ki, Türkiyə ilə Çin arasında dəmir yolu əlaqəsi artıq iki ildir ki, mövcuddur. Həmin xətt üzrə bu günə kimi çox sayda səfərlər baş tutub”, - deyə Taha bildirib.
O, vurğulayıb ki, siyasətçinin mövcud bir layihəni öz adına çıxarması və burada Azərbaycana yer verməməsi ciddi sual doğuran məsələlərdir.
Daha ətraflı Haber Globalın videomaterialında: