Rusiyada partlayış: Siyasi xadim ayağıdan yaralandı, sürücüsü öldü - FOTO/VİDEO - YENİLƏNİB
Zaxar Prilepinin həyat yoldaşı onun dəfələrlə təhdidlərə məruz qaldığını bildirib. Lakin qeyd edib ki, son vaxtlar bu qəbildən hər hansı təhdid daxil olmayıb.
Məlumata görə, hadisə nəticəsində yazıçı ayaqlarından xəsarət alıb. Onun sürücüsü isə yerindəcə dünyasını dəyişib.
Kreml hələlik hadisə ilə bağlı açıqlama verməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hüquq-mühafizə orqanlarının verəcəyi məlumatı gözləməyə çağırıb.
13:51
Rusiyanın Nijni Novqorod şəhərində naməlum şəxslər rusiyalı siyasi və ictimai xadim, yazıçı Zaxar Prilepinin avtomobilini partladıblar.
Bu barədə fövqəladə hallar xidmətindən məlumat verilib.
Məlumata görə, o sağdır, lakin yaralanıb, amma huşu özündədir.
İlkin məlumatlara görə, partlayıcı qurğu maşının alt hissəsinə quraşdırılıb.
Yazıçının mətbuat xidməti onun vəziyyətinin yaxşı olduğunu bildirib.
“Hazırda dəqiq nə baş verdiyi müəyyən edilməyib. Zaxar Prilepin qaydasındadır”, - qeyd edilib.
“Telegram” kanallarının məlumatına görə, avtomobildə Zaxar Prilepinlə birlikdə onun qızı da olub.
“Xoşbəxtlikdən qızcığaz maşından düşdükdən və əşyaları boşaltdıqdan sonra partlayış baş verib, qız xəsarət almayıb”, - deyə qeyd edilir.
Həmçinin bildirilir ki, partlayışda Prilepinin “Qəzəbli” ləqəbli şəxsi mühafizəçisi də həlak olub.
Məlumata görə, Prilepin qızını qohumlarının yanına aparırmış və cinayətkarlar açıq-aydın onu izləyirmişlər. Çünki qız artıq maşından düşdükdən sonra partlayıcı qurğu işə salınıb.
Mənbə: MK.ru