May 06

NATO: “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik” - FOTO

“Yeganə yol - danışıqlar və dialoqdur”.

Bu sözləri NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə Xavyer Kolomina deyib. 

O, bu barədə özünün “Twitter” hesabında paylaşım edib.

“Vaşinqtonda Azərbaycan və Ermənistan arasında 4 günlük konstruktiv danışıqlardan sonra davamlı sülh razılaşması istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edildiyini eşitmək xoşdur. Yeganə yol - danışıqlar və dialoqdur. NATO iki tərəfdaşımız olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir”, - deyə o qeyd edib.

 

Bənzər xəbərlər

Gündəm

0.029016017913818