İran İsveç vətəndaşını edam etdi - FOTO
İran ərəb separatçı qruplaşmasına rəhbərlik etməkdə ittiham olunan və İsveç-İran ikili vətəndaşlığı olan Həbib Çəəbi edam edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, bununla bağlı İranın “IRIB” teleşirkəti xəbər yayıb. Çəəbin rəhbərlik etdiyi qruplaşmanın 2018-ci ildə hərbi parada hücum da daxil olmaqla bır sıra insidentlərdə və terror aktlarında iştirak etdiyi bildirilib. Sözügedən parada hücum zamanı 25 nəfər həlak olub. Ümumilikdə isə qruplaşmanın fəaliyyəti nəticəsində 450-dən çox İran vətəndaşının öldüyü və yaxud yaralandığı qeyd olunub.