Serebral iflicdən əziyyət çəkən Ömərin anası: “Övladımın müalicəsi üçün 150 manata ehtiyacımız var” - FOTO
12 yaşlı Ömər Pirmalıyevin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası Nərminə Əzizova müraciət edib.
O bildirib ki, övladı serebral iflicdən əziyyət çəkir.
“Ömər doğulan gündən serebral iflicdən əziyyət çəkir. Bu günə qədər bütün müalicələrini etmişik, amma artıq tükənmişik. Onun müalicələrini davam etdirməyə imkanımız yoxdur. Müalicələr də olmayanda Ömərin ağrıları daha da artır, əziyyət çəkir”.
Nərminə Əzizova bildirib ki, Ömərə həm də pnevmoniya diaqnozu qoyulub.
“Öməri soyuq havalarda qətiyyən çölə çıxarmırıq. Bütün qış boyu evdə olur. Evin istisinə o qədər öyrəşir ki, çox az müddətə çölə çıxanda belə xəstələnir. Həkim Ömərə pnevmoniya diaqnozu qoyub. Hazırda onun dərmanlarını almaq üçün 150 manata ehtiyacımız var. Bəlkə də kiməsə 150 manat az məbləğ görünür, amma bizim üçün çoxdur. Ömərin vəziyyəti ilə bağlı mən işləyə bilmirəm, ailəmizdə tək işləyən yoldaşımdır. Yardımsevər şəxslərdən mənim balama dəstək olmalarını, onu bu yolda tək qoymamalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: 051 373 24 47