May 04

Avropa İttifaqı öz iqtisadiyyatını gücləndirmək üçün dünyaya milyardlarla avroluq silah satışına hazırlaşır

Avropa Komissiyası Aİ iqtisadiyyatının sürətləndirilmiş hərbiləşdirilməsinə dair sənədlər paketi hazırlayır.

Bu, yaxın gələcəkdə yaşıl enerji ilə yanaşı, sursat və silah istehsalının Aİ iqtisadiyyatının inkişafı üçün prioritet istiqamətlərdən birinə çevirəcəyi deməkdir.

Sənədlər paketinin bir hissəsi olaraq, Avropa Komissiyası artilleriya sursatlarının və raketlərin istehsalının genişləndirilməsi təşəbbüsü ilə çıxış edəcək.

Təşəbbüsə Aİ qurumları və ölkələri 1,5 milyard avro sərmayə qoyacaq.

Mənbə: Gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.018601179122925