May 02

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi İtaliya ilə üz-üzə - AFİŞA

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyunlar keçiriləcək.

Mozalan.az xəbər verir ki, Bakı Tennis Akademiyasında altı qarşılaşma baş tutacaq.

A və B qruplarında əvvəlcə II turun matçları oynanılacaq. Eyni zamanda, hər qrupda III turun da bir görüşü təşkil ediləcək. A qrupunda İtaliya, B qrupunda isə Türkiyə yığması iki oyun keçirəcək.

A qrupunda yer alan Azərbaycan millisi günün son qarşılaşmasında meydana çıxacaq. İlk turda Çexiya ilə qolsuz bərabərə qalan yığma bu dəfə İtaliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Beynəlxalq Minifutbol Turniri

2 may

A qrupu

12:30. İtaliya - Gürcüstan

15:30. Serbiya - Çexiya

20:30. Azərbaycan - İtaliya

B qrupu

11:00. Türkiyə - Ukrayna

14:00. Qazaxıstan - CAR

19:00. Türkiyə - Fransa

Bənzər xəbərlər

Gündəm

0.025228977203369