May 02

ABŞ İrana qarşı sanksiyaları müddətsiz elan edə bilər

Demokrat və Respublikaçılar partiyalarından olan amerikalı qanunvericilər Konqresin hər iki palatasında ABŞ prezidentinə İran iqtisadiyyatına qarşı sərt sanksiyalar tətbiq etməyə icazə verən qanunun müddətsiz fəaliyyəti ilə bağlı təşəbbüs irəli sürüblər.

Bu barədə bazar ertəsi Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, təşəbbüsün müəllifi olan Maykl Makkalın (Texasdan olan respublikaçı – red.) mətbuat xidməti məlumat verib.

İrana qarşı sanksiyaları sərtləşdirmək üçün aşağı palataya təqdim edilən qanun layihəsinin cari müddəti 2026-cı ildə başa çatacaq 1996-cı il İran Sanksiya Aktını (ISA) qeyri-müəyyən müddətə uzatmaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Konqres tərəfindən daimi olaraq yenilənməli olan ISA, nüvə silahı hazırlamaq cəhdlərini dayandırmaq üçün ABŞ icra hakimiyyətinə, xüsusən İranın enerji sektoruna qarşı sanksiyalar tətbiq etməyə icazə verir.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.033867120742798