May 02

Özbəkistanda yenilənmiş Konstitusiya qüvvəyə minib

Özbəkistanda yenilənmiş Konstitusiya mayın 1-dən qüvvəyə minib.

Bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Ali qanun aprelin 30-da keçirilən referendumda təsdiq edilib.

Qəbul edilmiş düzəlişlərə əsasən, hazırkı Prezident Şavkat Mirziyoyevin seçki müddəti sıfırlanacaq. Həmçinin, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilədək uzadılacaq.

Bundan əlavə, dəyişikliklər Özbəkistanın sosial dövlət elan edilməsini və ölüm hökmünün ləğvini nəzərdə tutur.

Qeyd edək ki, ümumilikdə, konstitusiyanın 65%-i yenilənib.

Mənbə: life.ru

Bənzər xəbərlər

Gündəm

0.019098997116089