Ərdoğan Türkiyə istehsalı olan döyüş təyyarəsinin adını açıqladı - FOTO
“Milli döyüş təyyarəmizin adı indi “Kaan”dır. Ata adı da Dövlət bəydir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Gələcəyin Yüzilliyi Təşviq Proqramı”nda çıxışında bəyan edib.
O bu gün Türkiyənin müdafiə və aviasiya sahəsində daha bir tarix yaşadığını vurğulayıb.
“Artıq biz quruda, dənizdə, havada və kosmosda - hər sahədə varıq. Bu gün layihələrimizin yeni mərhələsi ilə millətimizin qarşısındayıq”, - deyə dövlət başçısı əlavə edib.
Mənbə: NTV