Apr 29

Ağstafada avtomobil qəzasında ölən üç nəfər ANAMA əməkdaşlarıdır - YENİLƏNİB + FOTO/VİDEO

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən üç nəfər Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarıdır.

Bu barədə “Report”un bölgə müxbiri xəbər verir.

Ölən şəxslərin Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov və 1994-cü il təvəllüdlü Ramin Məmmədov, eləcə də Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənov olduğu müəyyənləşib.

Eyni zamanda, Agentliyin daha iki əməkdaşı - Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.

Qeyd edək ki, hadisə “Toyota” və VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

15:44

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, bunlar 1999-cu il təvəllüdlü Xəlilov Orxan, Vəliyev Sənan, Şərifova Aydan, Şərifov Raul, Şərifov Ramin, İsgəndərova Günay, İsgəndərova Şölə və İsgəndərov Emindir.

Yaralıların müalicəsi Ağstafa Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

14:49

Ağstafadakı dəhşətli qəzada ölən və xəsarət alanların sayı açıqlandı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Mozalan.az-a bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. İlkin araşdırmalar nəticəsində “Toyota” və VAZ-2107 markalı avtomobilin toqquşduğu məlum olub. “Toyota” markalı avtomobilin altı sərnişini yaralanıb, VAZ-2107 markalı avtomobildə olan beş nəfərdən üçü həlak olub”.

Məlumata görə, yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

14:23

Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, qəzada bir neçə nəfər ölüb, beş nəfərdən çox yaralı var.

Bənzər xəbərlər

Gündəm

0.097638130187988