BMT-nin Rezident Əlaqələndiricisi Tərtərdəki mina partlayışı ilə bağlı paylaşım edib - FOTO
“Tərtərdə üç nəfərin faciəvi şəkildə ilə nəticələnən mina partlayışı xəbəri məni dərindən kədərləndirdi. Fikirlərim onların ailələri və doğmalarının yanındadır”.
Mozalan.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Nümayəndəsi Vladanka Andreeva “Twitter” hesabında paylaşıb.
“BMT-nin Azərbaycandakı Nümayəndəliyi gələcəkdə belə hadisələrin qarşısının alınması üçün Azərbaycanın minalarla mübarizə səylərini dəstəkləməyə sadiqdir”, - Andreeva əlavə edib.
I am deeply saddened by the news of mine explosion in #Tartar that resulted in tragic loss of 3 lives. My thoughts are with their families & loved ones. @UNinAzerbaijan remains committed to support #Azerbaijan’s mine action efforts to prevent such incidents in the future.
— Vladanka Andreeva (@Vladanka_A) April 29, 2023