Apr 28

Məhkəmə zalından azad olunan iş adamının sevinci uzun sürmədi - Prokuror protest verdi

“Güllübulaq” MMC-nin təsisçisi və faktiki rəhbəri olmuş Füzuli Adıgözəlova bəraət verilməsi ilə bağlı məhkəmə hökmündən protest verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda deyilir.

Qeyd olunur ki, bəzi sosial media səhifələrində “Güllübulaq” MMC-nin təsisçisi və faktiki rəhbəri olmuş Füzuli Adıgözəlov barəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən bəraət hökmünün çıxarılması barədə məlumat yayılıb. Belə ki, Füzuli Adıgözəlovun Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə təqsirləndirilməsi barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilərək məhkəməyə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Adıgözəlov təqsirli bilinərək iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bakı Apellyasiya Məhkəməsi tərəfindən F.Adıgözəlov barəsində bəraət hökmü çıxarılaraq məhkəmə iclas zalında həbsdən azad edilib.

Aprelin 27-də bəraət hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

Bənzər xəbərlər

Gündəm

0.030070066452026