Prokuror assosiasiya prezidentini şantaj etməkdə təqsirləndirilən iş adamına cəza istəyib
Prokuror Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovdan hədə-qorxu yolu ilə 500 min dollar almaqda təqsirləndirilən iş adamı Kamal Akimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
“Report” xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda elan edib.
Məhkəmənin növbəti iclası iyunun 9-na təyin edilib.
İttihama görə, K.Akimov A.Əsgərovu özünə və ailəsinə zərər yetirməklə hədələyərək ondan 500 min dollar alıb.
Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.
K.Akimovun barəsində həbs qətimkan tədbiri seçilməyib.