Zelenski Britaniyanın lider olması üçün çağırış etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanı Ukrayna üçün hava koalisiyasının formalaşdırılmasında liderliyi öz üzərinə götürməyə çağırıb.
Bu barədə dövlət saytında məlumat verilib.
Zelenski bu barədə Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Timoti Barrou ilə görüşündə deyib.
Zelenski Ukraynaya müdafiə dəstəyi məsələsində Böyük Britaniyanın liderlik mövqeyini qeyd edib.
“Sizdən xahiş etmək istəyirəm ki, tərəfdaşları Ukraynanı bütün lazımi silah və hərbi texnika ilə təmin etməyin zəruriliyinə inandırmağa davam edəsiniz”, - deyə o qeyd edib.
Zelenski və Böyük Britaniya baş nazirinin müşaviri Ukraynaya gələcək müdafiə yardımı ilə bağlı məsələləri müzakirə ediblər.
Zelenski xüsusilə Qərb tipli hərbi təyyarələrin, eləcə də Rusiyaya müqavimət göstərmək üçün lazım olan müxtəlif silah növlərinin Ukraynaya təhvil verilməsinin vacibliyini vurğulayıb.
O, Böyük Britaniyanı Ukrayna üçün hava koalisiyasının yaradılmasında liderliyini öz üzərinə götürməyə çağırıb.
Mənbə: UNİAN