Apr 27

ABŞ SEPAH və Rusiya FTX-sinə qarşı sanksiyalar tətbiq edib

Birləşmiş Ştatlar administrasiyası Rusiya Federal Təhskəsizlik Xidməti (FTX/FSB) və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı Amerika vətəndaşlarının qanunsuz həbsinə görə sanksiyalar tətbiq edib.

Bu barədə cümə axşamı Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi hakimiyyətin bu qərarına həsr olunmuş jurnalistlər üçün xüsusi brifinqdə bildirib.

“Bu gün biz ABŞ Prezidenti Co Baydenin əmri əsasında Rusiya və İranda əvvəllər və ya hazırda amerikalıları girov saxlayan, yaxud qanunsuz olaraq həbs edən qurumlara qarşı sanksiyaların birinci mərhələsini elan edirik. Rusiya və İrandakı bu qurumlar amerikalılardan siyasi rıçaq kimi və ya ABŞ-dən güzəştlər əldə etmək məqsədilə istifadə etməyə cəhd ediblər. Bu hərəkətlər beynəlxalq siyasi sistemin sabitliyini və bütövlüyünü təhdid edir. Onlar həmçinin ABŞ vətəndaşlarının və xaricdəki digər şəxslərin təhlükəsizliyini təhdid edir”, - deyə o, bəyan edib.

ABŞ rəsmisinin sözlərinə görə, ölkəsi SEPAH-ın kəşfiyyat idarəsi komandanlığının dörd nümayəndəsinə qarşı da məhdudiyyətlər tətbiq edir. Söhbət qurumun lideri - 2022-ci ilin iyununda bu vəzifəyə təyin olunan general Məhəmməd Kazemi, müavinləri Məhəmməd Dayari və Məhəmməd Mahaqaki və əks-kəşfiyyat nümayəndəsi Ruhullah Basqandidən gedir.

Həmçinin, Vaşinqton nümayəndəsi məhdudiyyətlərin tətbiq edilməsində məqsədin amerikalıların xaricdə saxlanması hallarının qarşısını almaq olduğunu deyib və

əlavə edib ki, administrasiyanın amerikalıları vətənlərinə qaytarmaq niyyəti ilə əlaqədar “başqa addımlar da atıla bilər”. Lakin hansı addımların atılacağını o, dəqiqləşdirməyib.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.049674034118652