Apr 27

Türkiyəli federasiya prezidenti: “Azərbaycanın olmadığı yerdə biz varıq”

“Hər kəs bilsin ki, Azərbaycanın olmadığı yerdə biz varıq”.

Mozalan.az xəbər verir ki, bunu Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

O, Ermənistanın paytaxtı İrəvandakı keçirilən Avropa çempionatında Azərbaycana qarşı törədilən təxribata görə məyus olduqlarını bildirib:

“Öz baş nazirlərinin də iştirak etdiyi açılış mərasimində aralarından çıxan bir nəfərin Azərbaycan bayrağına qarşı etdiyi hərəkət hamımızı məyus etdi. Orada yaşadığımız üzücü hadisədən sonra idmançılarımızla bir yumruq kimi birləşdik. Azərbaycanlı qardaşlarımızı yola salanda çox məyus idik. Uşaqlar dedilər ki, onlar yoxdurlarsa, biz varıq, əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Federasiya rəhbəri qeyd edib ki, komandası qitə birinciliyində iki dövlət, bir millət inancı ilə mübarizə aparıb:

“Cansu Bektaşın qazanılan qızıl medalları azərbaycanlı qardaşlarımıza həsr etməsi çox anlamlı oldu. İndi burada olmağımızın səbəbi də budur. Hörmətli Prezident İlham Əliyevin dəvəti ilə Bakıya gəlmişik”.

Faiq Tahirov

Bənzər xəbərlər

Gündəm

0.060550928115845