Fəxrəddin Altun Ərdoğanın vəziyyəti barədə danışdı - VİDEO
“Siyasi və iqtisadi imtiyazlarını itirən bəzi qruplar sadəcə dezinformasiya yaymaqla məşğuldurlar”.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.
O qeyd edib ki, həmin şəxslər hətta Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı da əsassız xəbərlər yayırlar, şükürlər olsun ki, dövlət başçımız çox güclü, sağlam formada işinin başındadır, Allahın izniylə, bundan sonra da uzun müddət bu ölkəni idarə etməyə davam edəcək.
“Cumhuriyet Tarihinde İki 14 Mayıs 1950 - Yeter! Söz Milletindir 2023 - Evet! Söz Milletindir” Paneli https://t.co/IcKTXMmQTM
— Fahrettin Altun (@fahrettinaltun) April 27, 2023
Xatırladaq ki, aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman Ərdoğan özünü narahat hiss edib. Bu səbəbdən verilişə fasilə verilib.