Apr 27

Ceyhun Bayramov: “Azərbaycan Fransa ilə gərgin münasibətlərdə maraqlı deyil”

“Mənim Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə təkbətək və geniştərkibli görüşümüz oldu. Biz regional məsələləri detallı müzakirə etdik. Eyni zamanda ikitərəfli münasibətlər barədə fikir mübadiləsi apardıq”.

Mozalan.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanla Fransa arasındakı əlaqələr bir neçə istiqaməti, o cümlədən energetika sahəsini əhatə edir.

“Bizim ötən illərdə ikitərəfli uğurlu əməkdaşlığımız olub”, - deyə o əlavə edib.

Nazir qeyd edib ki, qarşılıqlı investisiyaların həcmi çoxmilyardlıdır.

Ceyhun Bayramov bildirib ki, Azərbaycanla Fransa arasında Ermənistan məsələsinə görə bir sıra fikir ayrılıqları olub.

“Biz Fransa ilə münasibətlərin gərgin olmasında maraqlı deyilik. Azərbaycan gərgin münasibətlərdə belə Fransa ilə təmasları davam etdirib və bundan sonra da təmaslara açığıq”, - deyə nazir bildirib.

Aqşin Kərimov

Bənzər xəbərlər

Gündəm

0.09286904335022