Türkiyə sağlamlıq turizmindən 20 milyard dollar qazana bilər
Türkiyənin sağlamlıq turizmindən gəliri 20 milyard dollara qədər arta bilər.
Bunu Türkiyə Sağlamlıq Turizmi Dərnəyinin (TÜSATDER) prezidenti Servet Terziler bildirib.
O vurğulayıb ki, bunun üçün müvafiq addımların atılması lazımdır.
Terziler sənayedə haqsız rəqabətin qarşısını almaq üçün daha sərt yoxlamalar təklif edib. O qeyd edib ki, məsələn, xəstəxanalarda saç əkimi qeyri-tibbi mütəxəssislər tərəfindən həyata keçirilir və səlahiyyətli şəxsləri bu praktikaya son qoymağa çağırıb.
TÜSATDER rəhbəri 2022-ci ildə sənayenin estetik cərrahiyyə, saç transplantasiyası, stomatologiya və ümumi tibbi xidmətlərdən 4 milyard dollar gəlir əldə etdiyini bildirib və 2019-cu ildə sağlamlıq turizmi gəlirlərinin 3 milyard dollar olduğunu xatırladıb.
Mənbə: Hürriyet