Apr 27

Bakıda beş maşının toqquşması zamanı avtomobil yandı: Xəsarət alanlar var - FOTO

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “Mercedes”, “Skoda” və “Lada Priora” markalı minik avtomobilləri yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Lada Priora” markalı avtomobil yanıb. Qəza nəticəsində VAZ-2107 deformasiyaya uğrayıb.

İlkin məlumata görə, zəncirvari qəzada üç nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.024818181991577