Qərbi Azərbaycan Xronikası: “Rus əsgərlərinə erməni qızları gətirilirdi” - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.
Verilişdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent, Dövlət Mükafatı laureatı, tarixçi-alim Güntəkin Nəcəfli ermənilərin tarixi saxtalaşdırmasından, özlərini “ən qədim xalq” kimi qələmə verməsindən söz açıb.
O, müsahibəsində xarici ölkə arxivlərində erməni dövlətinin mövcudluğu barədə hər-hansı sənədə, fakta rast gəlinmədiyini, Çar Rusiyasının erməniləri kütləvi şəkildə işğal etdiyi İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisinə köçürməsinin məqsədi barədə ətraflı məlumat verib.
Dünya tarixində Azərbaycan xalqı qədər soyqırıma məruz qalan ikinci xalq olmadığını söyləyən AMEA-nın elmi işçisi Rusiya imperiyası hakim dairələrinin və erməni əlaltılarının Qərbi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq haqqında planlarından, Azərbaycanın dəfələrlə işğala məruz qoyulmasını qaynaqlandıran amillərdən bəhs edib.
G.Nəcəfli Qayıdış Konsepsiyasının tarixi və hüququ əhəmiyyətindən danışıb və deyib ki, azərbaycanlıların, onların övladlarının, nəvələrinin keçmiş vətənlərinə qayıdışının dinc, sülh yolu ilə təmin edilməsi, bunun beynəlxalq səviyyədə tanıdılması çox vacib məsələdir. Qərbi Azərbaycan torpaqlarının qoparılması mühüm siyasətin tərkib hissəsidir”.
Tarixçi-alim bildirib ki, ermənilər genetikalarını dəyişdirmək üçün qadınlarını həmişə başqa millətlərə veriblər:
“Bu barədə tarixdə faktlar var ki, rus əsgərlərinə məqsədli şəkildə erməni qızları təklif edilib”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı verilişi təqdim edirik: