Apr 26

Bayden seçki kampaniyası üçün pul toplamağa başladı

ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris seçki kampaniyasına  hazırlıq məqsədilə ianələrin toplanılmasına başlayıblar.

Demokratların tərəfdarlarına xüsusi portal vasitəsilə 10, 25, 75, 150 və 250 dollar məbləğində ianə etmək təklif olunur. Həmçinin, istifadəçilər xüsusi pəncərədə istədikləri digər məbləği də qeyd edə bilərlər.

Qanuna görə, ianə edən 18 yaşa çatmış ABŞ vətəndaşı olmalıdır. İanə vətəndaşın öz vəsaiti hesabına onun kartından köçürülməlidir.

Mənbə: inosmi.ru

Bənzər xəbərlər

Gündəm

0.024505138397217