İsa peyğəmbərə qovuşacaqlarını vəd edərək insanları ölümə sürüklədi
Keniyanın Malindi qəsəbəsində təriqət lideri “ac qalaraq İsa peyğəmbərə qovuşacaqlarını” vəd edərək insanları ölümə sürükləyib.
Paul Makkenzi Ntenge polisin az 1000 nəfərin meyitini tapacağını iddia edib.
Şakahola meşəsində kilsə yaxınlığında (Good News International) tapılan meyitlərin sayının 73-ə çatdığı, 112 nəfərin hələ də itkin düşdüyü və meyit sayının arta biləcəyi bildirilib.
Digər tərəfdən, mövzu ilə bağlı ilk dəfə açıqlama verən Keniya Prezidenti Uilyam Ruto təriqətdə baş verənlərin “terrordan fərqli olmadığını” bildirib.
Aprelin 15-də aclıqdan öldükləri ehtimal olunan 4 nəfərin meyiti tapıldıqdan sonra polis Ntengeni saxlayıb. Meşəlik ərazidə aparılan geniş axtarışlar zamanı kütləvi məzarlıqdan onlarla insanın meyiti tapılıb.
Keşiş Ntengenin daha əvvəl bir neçə dəfə şikayətlərdən sonra saxlanıldığı və sərbəst buraxıldığı məlum olub.
Mənbə: The Star