Şakira ilkə imza atdı: Yeni mükafata layiq görüləcək
Müğənni Şakira “Billboard”un ilk dəfə təşkil etdiyi “Latin Women in Music” tədbirinə qatılacaq. ifaçı burada “İlin Qadını” mükafatına layiq görüləcək.
Kolumbiyadan olan sənətçinin musiqi sənayesinə verdiyi töhfəyə görə mükafatlandırılması qərara alınıb. Açıqlamada bildirilir ki, o, “öz nümunə karyera yolu və aktiv xeyriyyəçilik işi ilə latın amerikalı qadınlar üçün yeni imkanlar açıb”.
İki saatlıq qala gecə mayın 7-də “Telemundo” və “Universo” kanallarında yayımlanacaq. Mərasimdə Ana Qabriel, Emilia, Evaluna, Qoyo və Talia kimi sənətçilər də çıxış edəcəklər.
Mənbə: rbc.ru