Apr 25

Sabirabadda iki avtomobilin toqquşması ölümlə nəticələndi: VAZ külə döndü - YENİLƏNİB + FOTO

Sabirabadda yol-nəqliyyat hadisəsi nəticəsində həlak olanların şəxsiyyəti müəyyən edilib.

APA-nın xəbərinə görə, qəzada VAZ-2107-nin sürucüsü, 1982-ci il təvəllüdlü Abdullayev Emin Eynulla oğlu və sərnişin, 1993-cü il təvəllüdlü Rzayev Elşad Əlsafa oğlu həlak olub. Onların hər ikisi Sabirabadın Nərimankənd kəndinin sakinləridir.

01:30

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə hadisə, Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb.

VAZ-2107 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ yanıb. Hadisə nəticəsində VAZ-ın sərnişini və sürücüsü həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.020248889923096