Apr 25

Afrikada qarət zamanı 60-a yaxın sakin qətlə yetirildi

Burkina-Fasonun şimalındakı Karma kəndində silahlı qüvvələrin geyimində olan şəxslərin hücumu nəticəsində 60-a yaxın adam həlak olub.

Bu barədə yerli prokuror Lamin Kabore məlumat verib.

O, hücum edənlərin kənddən müxtəlif qiymətli əşyaları apardıqlarını bildirib. Prokuror bu işdə iştirak edənlərin hamısının tapılaraq saxlanılması barədə göstəriş verib.

Qeyd edək ki, faciə Aorema kəndi yaxınlığında terrorçuların hücumu nəticəsində altı əsgər və 34 könüllünün öldürülməsindən bir həftə sonraya təsadüf edir.

Burkina Faso son illərdə Qərbi Afrikada terror fəaliyyətinin episentrinə çevrilib.

Mənbə: Agence France-Presse

Bənzər xəbərlər

Gündəm

0.028542995452881