Apr 20

İcma sədri: “Ermənilərin etnik mənşəyi yoxdur”

“Son 200 ildə xalqımızın, həm də tək xalqımızın yox, bütün Cənubi Qafqaz xalqlarının başına gətirilən bütün faciələrin təməlində erməni saxtakarlıqları və erməni yalanları durur”.

“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.

İcma sədri bildirib ki, bunun da səbəbini müəyyənləşdirmək üçün iki məsələyə aydınlıq gətirmək lazımdır:

“Birincisi, ermənilər etnos kimi kimdirlər? Niyə onlar etnik cəhətdən yekcins deyillər, niyə onların damarlarında Qafqazın və Yaxın Şərqin bütün yerli xalqlarının qanı axır, niyə onlar bu qədər yalançı, xəyanətkar, yaltaq, qisasçı, çörəkitirən, etibarsızdırlar? İkincisi, necə olub ki, ermənilər dünyanı öz yalanlarına inandıra biliblər?”

Onun sözlərinə görə, ilk sualın cavabı ondadır ki, ermənilərin etnik mənşəyi yoxdur:

“Bu mənşəyi heç erməni tarixçiləri özləri də tapa bilmirlər, tapmayacaqlar da. Çünki ermənilər Assuriyanın və Urartunun Hayasa və Arme kimi qul koloniyalarında ixtisaslaşdırılaraq bazara çıxarılan və dünyanın hər tərəfindən gələn tacirlərə satılan qullardır. Ermənilərin sənətkar xalq olmalarının da, dünyaya səpələnmələrinin də əsas səbəbi budur. Ermənilərin bütün etnik yaramazlıqlarının səbəbi isə onların qul mənşəyindən, qul psixologiyasından irəli gəlir. Ermənilər zəncirindən azad olmuş qullardır və qulun zəncirindən azad olduqdan sonra hamıdan və hər kəsdən qisas almağa çalışması normaldır”.

“Necə olub ki, ermənilər dünyanı öz yalanlarına inandıra biliblər? Məsələ ondadır ki, ermənilərin heç vaxt dövləti, dövlətçilik tarixi olmayıb. Və tarix boyu bunun arzusunda olublar. Dünya tarixində belə xalqlar özləri üçün miflər uydurmağa meylli olurlar. Ermənilər də belə miflər uydurublar, “dənizdən-dənizə Ermənistan” mifi, dünyanın ilk insanının erməni olması və ermənicə danışması mifi, Nuh peyğəmbərin Ağrı dağdan düşərək gördüyü ilk torpağa XIX əsrin ortalarında Xaçatur Abovyan tərəfindən yaradılmış müasir erməni dilində danışaraq “Yerevume” deməsi və erməni elmi-ictimai-siyasi leksikonuna 1936-cı ildə daxil olmuş Yerevan şəhər adının oradan əmələ gəlməsi mifi bu qəbildəndir”, - deyə o qeyd edib.

Qurum sədri söyləyib ki, ermənilərin öz uydurduqları yalanları o qədər xoşlarına gəlib ki, tədricən özləri də bu yalanlara inanmağa başlayıblar:

“Özləri inandıqdan sonra başlayıblar başqalarını da bu yalanlara inandırmağa”.

Ə.Ələkbərli vurğulayıb ki, indi divin canı şüşədə olduğu kimi, erməninin də canı bu yalanların ifşa olunmasındadır:

“Ermənilərin də dünyada ən qorxduğu şey bu yalanların açılmasıdır. Bu yalanlar ifşa olundusa, bu, artıq erməniliyin və ermənizmin məhvi deməkdir”.

Bənzər xəbərlər

Gündəm

0.028168916702271