Türkiyədə çayın üzəri zəhərli çiçəklərlə örtüldü - FOTO
Türkiyənin Samsun vilayətində Kızılırmak deltasında çayın üzəri çiçəklərlə örtülüb.
Kızılırmak çayının üzərini bürüyən və suda açan bu çiçəklər su toy çiçəyi adlanır, eyni zamanda zəhərli olduqları üçün “zəhərli gözəllik” kimi də tanınır.
Kızılırmak çayının dənizə töküldüyü ərazini əhatə edən 56 min hektar sahəyə malik Kızılırmak Deltası Quş Cənnətində bitən su toy çiçəkləri görənləri heyran edir.
Bu ərazi nəqliyyat vasitələrinin hərəkətinə bağlıdır və UNESCO-nun Təbii İrs İlkin Siyahısına daxil edilib. Yazın gəlişi ilə suda açan bu çiçəklər isə ziyarətçilərin və fotoqrafların diqqətini çəkir.
Mənbə: Hürriyet